Benzinli və dizel avtomobillər 2028-ci ildən   QADAĞAN EDİLƏCƏK

saytların hazırlanması

Evə çatdırılma

Benzinli və dizel avtomobillər 2028-ci ildən QADAĞAN EDİLƏCƏK

Avto

25 Oktyabr 2026 14:32 445


Böyük Britaniyanın paytaxtı Londonda hava çirklənməsinin qarşısını almaq və karbon emissiyasını sıfıra endirmək məqsədilə "Uber" kimi xüsusi icarəli daşıma (taksi) vasitələrinə qarşı sərt qadağa planı hazırlanıb.

Yeni Sabah" Milli.az-a istinadla xəbər verir ki, London Nəqliyyat İdarəsinin (TfL) yeni layihəsinə əsasən, bu tarixdən etibarən xidmətə başlayacaq bütün yeni xüsusi icarəli avtomobillər tam sıfır emissiyalı (elektrikli) olmalıdır.

İyul 2030-cu il: Əlilliyi olan və əlil arabası üçün uyğunlaşdırılmış xüsusi nəqliyyat vasitələrinə keçid üçün 2030-cu ilin iyuluna qədər vaxt verilib. Bu tarixdən sonra daxili parka heç bir benzinli və ya dizel avtomobil əlavə edilməyəcək. pizza hut

Lisenziya məhdudiyyətləri: 2027-ci ilin martından etibarən LPG (qaz) kimi sonradan quraşdırılan yanacaq sistemlərinə lisenziya verilməyəcək. İstismar müddəti bitən avtomobillərin lisenziya yeniləmə vaxtı 24 aydan 12 aya endiriləcək və 10 yaşını tamamlamış avtomobillərin fəaliyyətinə birbaşa məhdudiyyət qoyulacaq.

Ətraf mühitə gözlənilən təsiri:

Hazırda Londondakı xüsusi taksilərin 70%-dən çoxu elektrikli və ya sıfır emissiyalıdır. Yeni qərarlar sayəsində:

İlk 10 ildə karbondioksid emissiyasının 35% azalacağı,

18 il ərzində zərərli eqzoz qazlarının 97% nisbətində tamamilə aradan qalxacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!