Putinlə Trampın mümkün görüşünün yeri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Putinlə Trampın mümkün görüşünün yeri bəlli oldu

Siyasət

25 Oktyabr 2026 21:41 106


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında yeni ikitərəfli görüş Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsi məsələsi müzakirə olunur. Peskov Putinlə Trampla yanaşı, onların Çin Prezidenti Si Cinpinlə üçtərəfli görüşünün də baş tutacağına ümid etdiyini bildirib. Bununla belə, o, hələlik yekun razılaşmanın olmadığını vurğulayıb. Pepperoni pizza

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Çin tərəfinin Rusiya, Çin və ABŞ liderlərinin mümkün görüşünə hazırlaşdığını bildirmişdi.

APEC sammitinin noyabrın 18-19-da Şençjendə keçirilməsi planlaşdırılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!