48 ildən sonra ilk dəfə ABŞ-dən kompensasiya aldılar

saytların hazırlanması

Evə çatdırılma

48 ildən sonra ilk dəfə ABŞ-dən kompensasiya aldılar

Dünya

25 Oktyabr 2026 17:21 89


“İran 48 illik tarixində ilk dəfə olaraq tətbiq edilən sanksiyalara görə ABŞ-dən maliyyə kompensasiyası almağa nail olub. Müddət ərzində toplanan vəsait “kəpənək xəstəliyi”ndən əziyyət çəkən şəxslərə ödəniləcək”​.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “EB Evi” (kəpənək xəstəsi olan uşaqlar üçün QHT) təşkilatının baş direktoru Həmid Həşimi Qolpayeqani bəyanat verib.

“İslam Respublikasının 48 illik mövcudluğu ərzində biz ilk dəfə olaraq ABŞ-yə qarşı hüquqi müstəvidə bu cür maliyyə nəticəsi əldə edə bildik və bu ölkənin əmlakını müsadirə etdik”, – deyə Qolpayeqani vurğulayıb. pizza hut

Məlumata görə, “EB Evi” təşkilatı və xəstə yaxınları anti-İran sanksiyaları nəticəsində xüsusi tibbi sarğıların ölkəyə tədarükünün dayandırılmasına cavab olaraq məhkəməyə müraciət ediblər. Məhkəmə qərarı ilə ABŞ-yə məxsus neft yükü üzərinə həbs qoyulub və müsadirə edilib. Əldə olunan maliyyə vəsaitinin sanksiyalardan əziyyət çəkən vətəndaşlara təzminat şəklində ödənilməsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bəyan etmişdi. Tramp Tehranın artıq nə qurudan, nə dənizdən, nə də havadan effektiv silahlı qüvvələrə malik olmadığını iddia etmişdi./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!