Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin iştirakı ilə baş verən və ölümlə nəticələnmiş dəhşətli davaya dair yeni məlumatlar və hadisə iştirakçılarının yeni, ilginc fotolarını əldə etmişik.
“Yeni Sabah” xəbər verir ki, oxu.az-a cinayət hadisəsində qətlə yetirilən Ceyhun Mirağayevlə bu olayda iştirakçı olan və artıq digər 9 nəfərlə birlikdə saxlanılan Əhməd Əlizadənin daha əvvəllər - münasibətləri normal olan vaxtlarda birgə çəkdirdikləri fotolar və əlaqələrinə dair maraqlı xəbərlər daxil olub.
Bildirilir ki, öldürülən Ceyhunla deputat Arzuxan Əlizadənin oğlu Əhməd əvvəllər yaxın münasibətlərdə və "qara biznes"də şərik olublar: pizza hut
"Ceyhun və Əhməd xeyli müddət bir çevrədə olublar. "Ceyhun Sabunçu" kriminala meylli şəxs kimi tanınır. Onun kumiri məşhur "lotu" Cavanşir imiş, qəbrinin qarşısında şəkli də var.
Sonralar, təxminən ilyarım öncə Ceyhunun Əhmədlə və digərləri ilə araları pozulub, pul söhbətində narazılıqları yaranıb. Bakının Xətai rayonundakı restoranda baş verən məlum davada iştirak edənlərin demək olar hamısı öncələr bir çevrə olublar, mütəşəkkil dəstə kimi.
Sonra maraqlar savaşında qruplaşmalara bölünüblər. Narazılığı da Əhmədin çevrəyə, qruplaşmaya başçılıq etmək, biznesə, gəlirlərə, daxil olan pullara nəzarəti həyata keçirmək iddiası yaradıb. Sonuncu mübahisəni də bu məsələləri aydınlaşdırmaq, son qərar vermək üçün Əhməd təşkil edibmiş.
Bir çevrə olarkən qurduqları bizneslər, obyektlər əksərən davada da iştirak edən Kamran və Həsən adlı şəxslərin və onların yaxınlarının adına rəsmiləşdirilmişdi. Elə bu gəlir mənbələrinin bölgüsü əsas mübahisə predmeti olub. Ceyhun Əhmədi yola gətirməyə çalışıb, amma onun iddiaları çox böyük olub. Yaxın ətrafının köməyi ilə o, bir neçə dəfə böyük qalmaqallardan, davalardan "qalib" çıxa da bilmişdi.
Sonuncu söhbət isə çox ağır olub, tərəflər üçün "ölüm-qalım" məsələsinə çevrilib. Ceyhun və digərləri Əhmədin qurduğu planla, etdiyi təkliflərlə razılaşmayıblar. Bu zaman ortalıq qarışıb və qruplaşmalar şəklində kütləvi dava ediblər. Nəticədə isə Ceyhun öldürülüb, restorandakı məlum dəhşətli davanı əks etdirən videodan da göründüyü kimi, onu bıçaqlayıb qan içərisində qoyaraq hamısı qaçıb gediblər".
Telegram kanalımız