Arıqlamaq istəyənlər üçün ən pis səhər yeməyi

saytların hazırlanması

Evə çatdırılma

Arıqlamaq istəyənlər üçün ən pis səhər yeməyi

Sosial

06 Aprel 2022 07:48 864


Şəkərli qidalar arıqlamaq istəyənlər üçün ən pis səhər yeməyi seçimidir.
 

Amerikalı diyetoloq Laura Burak bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, arıqlama zamanı təkcə fiziki fəaliyyətə deyil, səhər yeməyinə də diqqət yetirmək, sağlamlığa faydası olmayan qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır. Xüsusilə artıq çəki ilə mübarizədə şirniyyatdan imtina etmək daha yaxşıdır.

Diyetoloqun fikrincə, ən pis səhər yeməyi kömbədir. pizza mizza

“Səhərlər ilk növbədə tərkibində şəkəri çox olan qidaların qəbulu qan şəkərinə, aclıq hissinə təsir edir və günün qalan hissəsində yemək istəyini artırır”, - deyə o bildirib.

O, səhərlər şirniyyatdan imtina etməkdə çətinlik çəkənlərə səhər yeməyinə proteinlə zəngin qidalar əlavə etməyi tövsiyə edib.

“Belə qidalar növbəti öynəyə qədər qan şəkərini sabitləşdirməkdə kömək edə bilər”, - deyə o bildirib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!