Fərhad Əliyevin milyonluq şirkətin əmlakı satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Fərhad Əliyevin milyonluq şirkətin əmlakı satışa çıxarılır

Sosial

24 Noyabr 2026 14:40 217


Ləğv prosesində olan "Mingəçevir Texniki Rezin" ASC-yə məxsus qiymətləndirilmiş aktivlərin satışından əldə olunacaq gəlir səhmdarlar arasında payların faiz nisbətində bölüşdürüləcək.

“Yeni Sabah” Ölkə.az-a istinadla xəbər verir ki, sözügedən məsələnin müzakirəsi üçün ASC-nin səhmdarları növbədənkənar toplantı keçirəcəklər.

Yığıncaqda həmçinin şirkətin səhmlərinin dövriyyədən çıxarılması və ləğvi də müzakirə ediləcək. Online alış-veriş

Şirkətin ləğvi ilə bağlı qərar cari ilin mayında ASC-nin səhmdarları tərəfindən verilib.

Qeyd edək ki, "Mingəçevir Texniki Rezin" ASC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əskər Hüseyn oğlu Əskərovdur. Nizamnamə kapitalı 972 min 214 manat olan ASC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Samux, ev 15-dir.

Mətbuatda "Mingəçevir Texniki Rezin" ASC-nin vaxtilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu qeyd edilir.

2001-2005-ci illərdə nazir postunu tutan F.Əliyev 2005-ci ildə həbs edilib, 2013-cü ildə isə azadlığa buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!