Astarada 5 Əfqanıstan vətəndaşına hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Astarada 5 Əfqanıstan vətəndaşına hökm oxundu

Kriminal

24 Noyabr 2026 14:42 46


Dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim Emin Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən E.N, G.Y, G.C, İ.Ə, G.S 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məişət texnikası

Həmin şəxslər cəzalarını başa vurduqdan sonra ölkədən çıxarılacaqlar.

Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyərkən Astarada Dövlət Sərhəd Xidmətinin sərhəd naryadları tərəfindən saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə keçmə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!