“Artsax”dan bir bina qaldı – İrəvana həyəcanlı çağırış:   “Buna toxunmayın!”

saytların hazırlanması

Evə çatdırılma

“Artsax”dan bir bina qaldı – İrəvana həyəcanlı çağırış: “Buna toxunmayın!”

Siyasət

13 Avqust 2026 21:03 35


Tarixin zibilliyinə atılmış, məhv edilmiş qondarma “Artsax”ın mədəni irs üzrə ombudsmanı Ovik Avanesyan Ermənistanda fəaliyyət göstərmiş daimi nümayəndəliyin binasının statusunun dəyişdirilməməsi üçün çağırış edib.

''Yeni Sabah'' xəbər verir ki, Avanesyan yaydığı bəyanatda sözügedən binanın sadəcə inzibati obyekt və ya daşınmaz əmlak olmadığını bildirib. O, binanı keçmiş qondarma qurumun “dövlətçiliyi”, Qarabağ ermənilərinin hüquqları və kimliyi ilə əlaqələndirib və onun simvolik, tarixi-siyasi əhəmiyyət daşıdığını iddia edib.

Avanesyanın sözlərinə görə, binanın statusu heç bir halda dəyişdirilməməli, ləğv edilməməli və ya başqa formada rəsmiləşdirilməməlidir. O hesab edir ki, belə addım binanın qondarma “Artsax”ın daimi nümayəndəliyi kimi tarixi və siyasi əhəmiyyətini aradan qaldıra bilər. Pepperoni pizza

Avanesyan xüsusilə binanın adi inzibati və ya kommersiya obyektinə çevrilməsi ehtimalına qarşı çıxıb. Onun fikrincə, belə qərar yalnız əmlak məsələsi olmayacaq, həm də keçmiş qondarma qurumun “institusional yaddaşına” siyasi və simvolik təsir göstərəcək.

Bəyanatda bildirilir ki, mədəni irsin qorunması yalnız kilsələrin, monastırların, abidələrin və tarixi tikililərin fiziki mühafizəsi ilə məhdudlaşmamalıdır. Avanesyan dövlət, ictimai və milli həyatın tarixi ilə bağlı məkan və tikililərin də bu anlayışa daxil olduğunu bildirib.

O, Ermənistanın dövlət qurumlarına, eləcə də maraqlı ictimai və siyasi qüvvələrə müraciət edərək keçmiş nümayəndəlik binasının hazırkı statusunu dəyişdirəcək, azaldacaq və ya ləğv edəcək addımlar atmamağa çağırıb.

“Siyasi hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, bu binanın statusu qorunmalıdır. Heç bir halda başqa təyinatlı obyektə çevrilməməli və daimi nümayəndəliklə tarixi və simvolik əlaqəsindən məhrum edilməməlidir”, – deyə Avanesyan bəyan edib.\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!