““Aşağı  baxdı, yuxarı baxdı“ kimi bəhanələrlə abituriyentləri zaldan çıxarırlar“   - Şok ittiham

saytların hazırlanması

Evə çatdırılma

““Aşağı baxdı, yuxarı baxdı“ kimi bəhanələrlə abituriyentləri zaldan çıxarırlar“ - Şok ittiham

Sosial

04 Aprel 2022 15:39 642


"Belə qadağalarla, bəhanələrlə şəxsi mənafe qazanır, ictimai mənafe uduzur".

Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Xatırladaq ki, aprelin 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti qəbul imtahanı keçirilib. İmtahanda 8 nəfərdə telefon aşkarlanıb, 1 nəfər başqasının yerinə imtahana girməyə cəhd edib, 3 nəfər isə kitabçanın şəklini çəkərək yaxınlarına göndərib. Buna görə həmin şəxslər imtahan gedişatından xaric edilib. Dördpendirli pizza

Cəmiyyətdə belə rəy var ki, bu kimi hallar imtahanlarda nəzarət mexanizmi zəif olduğuna görə baş verir.

Şahlar Əsgərov bildirib ki, gənclərin ali məktəblərdə oxumasına təkan verməlidir:

“Azərbaycan cəmiyyəti gənclərin ali məktəblərdə oxumasına təkan verməlidir. Onlar oxuyub Azərbaycan üçün xeyirli mütəxəssis olacaqlar. Bu strategiyadan baxıb, qəbul imtahanı məsələsinə son qoymaq lazımdır. Uşaqlara ali savad verin. Əsas onların savadıdır. İmtahan ola da bilər, olmaya da”.

Professorun sözlərinə görə, bu mövzuda ictimai mənafe şəxsi mənafeyə uduzub:

“Hər 100 uşağın 10-15-inin ali təhsil almağa ehtiyacı yoxdur. Yerdən qalanlardan 10-nu Avropaya gedir. Qalan 70 nəfərini oxuda bilərik. Burada problem yoxdur. Ümumiyyətlə qəbul imtahanı götürməyin əhəmiyyəti yoxdur”.

Ş. Əsgərov qeyd edib ki, abituriyenti zaldan çıxarmaq üçün 100 bəhanə ortaya atırlar:

"“Abituriyent sağa-sola, aşağı baxdı", "yoldaşına nəsə dedi" deyə imtahan zalından çıxarırlar. Bunlar sonradan törəmədir. Bu məsələni həll etməliyik. Aydınlaşdırmalıyıq ki, uşaqların ali təhsil almasına dəstək veririk, ya qarşı çıxırıq.

Belə qadağalarla, bəhanələrlə şəxsi mənafe qazanır, ictimai mənafe uduzur. 30 ildir bunu deyirəm. Lakin insanlar sanki bunu eşitmir, qulaqlarındakı pambığı çıxarsınlar. Bu məsələ həll olunmalıdır”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!