Astara gömrüyündə qarpızın içindən 63 kq narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Astara gömrüyündə qarpızın içindən 63 kq narkotik çıxdı

Kriminal

03 May 2025 10:26 472


Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkoitik vasitə aşkar edilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində  gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.   pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!