Rusiya-Ukrayna müharibəsi başa çatır? - Gələn həftə...

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna müharibəsi başa çatır? - Gələn həftə...

Dünya

12 Noyabr 2026 22:57 40


Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, biz bütün məsələləri ətraflı müzakirə etdik. Bu, gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək", – Kuşner deyib. Online alış-veriş

Daha əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ və Rusiyanın yeni danışıqlar raundunu razılaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, görüşə Avropa nümayəndələri də qoşulacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!