Türkiyədə silahlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində "Barış Boyun Cinayət Təşkilatı"nın rəhbərlərindən biri kimi müəyyən edilən Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, Demir barəsində ümumilikdə 48 axtarış qərarı çıxarılıb.
Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib. Elektronika məhsulları
Bundan sonra Türkiyə Baş Prokurorluğu Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına sorğu göndərib./Oxu.az
Telegram kanalımız