28 May - 18:27
Avropadan Rusiyaya sərt xəbərdarlıqlar səsləndi

Avropadan Rusiyaya sərt xəbərdarlıqlar səsləndi

Dünya

28 Yan 2022 15:50


Qərb ölkələri Rusiyanın Ukraynaya mümkün müdaxiləsinə cavab variantlarının heç birini, o cümlədən Rusiya Federasiyasını beynəlxalq banklararası məlumat ötürmə sistemindən ayırmaq və SWIFT ödənişləri və “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları istisna etmir.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Mən açıq şəkildə bildirmək istəyirəm ki, gündəmdən heç nə çıxarılmayıb", - deyə o qeyd edib.

AK sədrixatırladıb ki, Avropa İttifaqı Rusiyada ən mühüm ticarət tərəfdaşı və ən böyük xarici investordur və Rusiyanın xarici ticarətinin təxminən 40 faizini təşkil edir:

“Bu rəqəmlər göstərir ki, bizim güclü təzyiq alətimiz var və Ukraynaya qarşı təcavüzün güclənəcəyi təqdirdə bu, Rusiya üçün çox ağrılı olacaq”.

Bundan əlavə, Ursula fon der Lyayen münaqişənin diplomatik yolla həlli cəhdləri ilə yanaşı, mümkün olan ən pis ssenariyə hazırlıqların getdiyini vurğulayıb.


Youtube kanalımız


Digər xəbərlər