Azərbaycan idmançısının adı “Ginnesin Rekordlar Kitabı”na yazıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan idmançısının adı “Ginnesin Rekordlar Kitabı”na yazıldı

İdman

20 May 2026 21:46 111


Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) "Yeni Sabah"a verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.

Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. pizza mizza

O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.

Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!