“Avropa ABŞ-Çin qarşıdurmasına qarışmamalıdır” - Makron

saytların hazırlanması

Evə çatdırılma

“Avropa ABŞ-Çin qarşıdurmasına qarışmamalıdır” - Makron

Dünya

10 Aprel 2023 09:58 514


“Avropa Tayvana görə ABŞ-Çin qarşıdurmasına qarışmamalı və “Amerika ritmi”nə uyğunlaşmalıdır”

Yenisabah.az “Echos”a istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron müsahibəsində deyib. 

“Bizə, avropalılara verilən sual belədir: biz Tayvanla məsələnin həllini süni surətdə sürətləndirməkdə maraqlıyıqmı? Xeyr, ən pisi odur ki, biz avropalılar nümunə götürüb “Amerika ritminə” və ya Çinin həddən artıq sərt reaksiyasına uyğunlaşmalıyıq. Niyə biz başqalarının seçdiyi templə getməliyik?”, - deyə Fransa lideri bildirib.  Dördpendirli pizza

Onun fikrincə, avropalılar ayılmalı və öz maraqları haqqında düşünməlidirlər.

“Bizim prioritetimiz dünyanın bütün regionlarında başqa ölkələrin gündəminə uyğunlaşmamaqdır”, – deyə Makron əlavə edib. 

Bundan əvvəl Pekin Çin Xalq Respublikasının silahlı qüvvələrinin 8-10 aprel tarixlərində Tayvan ətrafındakı sularda və hava məkanında planlı təlimlər və patrul hərəkətləri keçirəcəyini açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!