Avropa ölkələri Ukraynaya 80 “Leopard” göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Avropa ölkələri Ukraynaya 80 “Leopard” göndərəcək

Dünya

25 Yanvar 2023 17:02 659


Avropa ölkələri arasında Ukraynaya 80 ədəd "Leopard" tankı göndərilməsi barədə razılıq əldə olunub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" nəşri məlumat yayıb. 

Bildirilib ki, bunun üçün Avropa ölkələri arasında koalisiya formalaşdırılıb. Tank tədarükü 2 partiya şəklində həyata keçiriləcək.  Marqarita pizza

İlk partiyada Almaniya, Finlandiya, İspaniya və Niderland 40 ədəd "Leopard 2A6" markalı tankları Kiyevə təhvil verəcək. İkinci partiyanı isə Polşa və Norveç təmin edəcək ki, bu partiyada 40 ədəd "Leopard 2A4" tankı yer alacaq. 

Həmçinin ABŞ-ın 30 ədəd "M1 ABRAMS" tankı ilə 3-cü partiyanı təşkil edəcəyi əlavə edilib. 

Qeyd edək ki, bu gün çoxsaylı tənqidlərdən sonra Almaniya Nazirlər Kabineti Ukraynaya 14 ədəd "Leopard"ın tədarükü ilə bağlı qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!