Avropa Parlamentində çirkli pul qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Avropa Parlamentində çirkli pul qalmaqalı

İqtisadiyyat

16 Sentyabr 2026 17:10 77


Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin qəbulu zamanı çıxışında Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlarını tənqid edərək, bu qurumun daxilində baş verən korrupsiya qalmaqalını xatırladıb: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır... Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin nəzərdə tutduğu şəxs iş otağından və evindən nağd milyonlar çıxan yunanıstanlı deputat Eva Kailidir:

“O, Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2022-ci ilin yanvar ayında Avropa Parlamentindəki korrupsiya qalmaqalının bir hissəsi olaraq korrupsiyada ittiham olunaraq həbs edilib. Amma elə həmin ilin dekabr ayında bəlli olmayan səbəblərdən həbsdən azad edilib. Sezar pizza

Avropa Parlamentində polisin axtarışları zamanı onun otağından və evindən nə az-nə çox, 1 milyon 580 min avro nağd pul tapılıb. Axtarış zamanı tapılan pullar mətbuat vasitəsi ilə də nümayiş etdirilmişdir”.

“O, həmçinin Azərbaycana qarşı qərəzli çıxışları ilə yadda qalırdı. Korrupsiyada ittiham edilən avropalı deputat ikili standardlar ilə ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etməyə çalışırdı. Onun otağında tapılan milyonlar əslində belə sifarişlərin haradan gəldiyini asanlıqla müəyyənləşdirməyə imkan verdi.

Korrupsiyada ittiham edilən keçmiş deputat hazırda azadlıqdadır. Amma bir sıra inkişaf etmiş ölkələrdə hələ də çirkli pullar ilə qərəzli kampaniyaların maliyyələşdirilməsi davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!