Azərbaycanda hava dəyişdi: Qar yağdı, yağış başladı...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hava dəyişdi: Qar yağdı, yağış başladı...

Sosial

31 Oktyabr 2026 10:59 293


Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda isə arabir qar yağıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıda 8, Qobustan, Qəbələ, Astarada 7, Şahbuz, Tərtər, Kürdəmirdə 6, Bərdə, Şəmkir, Zərdab, Ağstafada 5, Gəncə, Neftçala, İmişlidə 4, Şəki, Yevlax, Tovuz, Sarıbaş (Qax), Zaqatala, Lənkəran, Ağdam, Goranboy, Göygöldə 3, Göyçay, Mingəçevir, Sabirabad, Salyan, Xızı, Sədərək, Xınalıq, Qrız, Yardımlı, Göyçayda 2, Balakən, İsmayıllı, Beyləqan, Cəlilabad, Naftalan, Naxçıvan, Şərur, Ordubad, Culfa, Şabran, Cəbrayıl, Füzuli, Kəlbəcər, Zəngilan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb. pizza hut

Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalıda da arabir yağış yağıb.

Daşkəsən, Ordubad, Göygöl, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Qusar, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!