İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar.
"Yeni Sabah" xəbər verir ki, -100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu adını qazanıb.
Cüdoçumuz həlledici görüşədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) mübarizədən kənarlaşdırıb. Dominos pizza
+100 kq-da Kənan Nəsibov da günü məğlubiyyətsiz başa vurub. O, finalda erbiyalı Vidak Malyeviçdən üstün olaraq titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov final yolunda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi komanda hesabında 1-ci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub.
Telegram kanalımız