Qaxda təhlükəli hadisə: 7 nəfər xəstəxanaya yerləşdirildi, 5-i Bakıya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Qaxda təhlükəli hadisə: 7 nəfər xəstəxanaya yerləşdirildi, 5-i Bakıya göndərildi

Hadisə

31 Oktyabr 2026 21:11 104


Qaxda yeddi nəfər qidadan zəhərlənib.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə altı kişi və bir qadın Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən iki nəfər (bir kişi və bir qadın) ambulator müalicə üçün evə buraxılıb. Pepperoni pizza

Digər beş kişi isə daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, zəhərlənmənin göbələkdən qaynaqlandığı ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!