Azərbaycanda qazla işləyən məişət cihazlarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, noyabrın 6-dan qüvvəyə minəcək tələblərə əsasən, qaz plitələri, kombilər, su qızdırıcıları və digər qaz avadanlıqları partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri isə tam hermetik olmalıdır. Həmçinin cihazlar yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır.
Yeni qaydalara görə, avadanlıqların konstruksiyası alovun dayanıqlı yanmasını təmin etməli, yanma zamanı karbon oksidləri və azotun icazə verilən həddən artıq konsentrasiyası yaranmamalıdır. pizza
Tüstü bacasına qoşulan cihazlarda yanma məhsullarının otağa sızmasının qarşısı alınmalıdır. Tüstü bacasının kənarlaşdırma sistemində nasazlıq baş verdikdə isə odluğa qaz verilişi avtomatik dayandırılmalıdır.
Qeyd edək ki, yeni tələblər qazla işləyən məişət qızdırıcılarına, yemək bişirmək üçün nəzərdə tutulan plitələrə, su qızdırıcılarına və digər müvafiq avadanlıqlara şamil ediləcək.
Telegram kanalımız