7 nəfəri zəhərləyən ortaya çıxdı

saytların hazırlanması

Evə çatdırılma

7 nəfəri zəhərləyən ortaya çıxdı

Sosial

31 Oktyabr 2026 23:30 89


Qax rayonunda 7 nəfərin qidadan zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılıb.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı səbəbindən baş verdiyi müəyyən edilib.

Agentlik bununla əlaqədar əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələkləri toplamamağa və istehlak etməməyə çağırıb. Marqarita pizza

Qeyd edək ki, oktyabrın 29-da Qaxda 7 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 2-si ambulator müalicə üçün evə buraxılıb, 5 nəfər isə Bakıdakı Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Son məlumata görə, həmin şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!