"Qadınlar kişilərin xəyanətini bağışlayırlar. Kişilər isə qadının xəyanətini rəzillik kimi qarşılayır".
Bu sözləri Yenisabah.az-a psixoloq Gülər Məmmədova deyib.
O, axır vaxtlar xəyanətə məruz qalsalar belə, ərlərini bağışlaycağlarını açıqlamış bir sıra şou-biznes təmsilçisi, o cümlədən aşıq Zülfiyyə və Şəbnəm Tovuzlunun açıqlamalarına münasibət bildirib: Toyuqlu pizza
“Təbii ki, heç kəs özünü kiminləsə dəyişilməsini istəməz. Ailə quranda ilkin dönəmlərdə münasibətdə bu kimi halların baş verməməsi üçün and içmirlər, amma ortaq məxrəcə gəlirlər. Lakin bir qədər birgə yaşadıqdan sonra cütlüklər arasında xarakter uyuşmazlığı müşahidə olunur, harmoniya pozulur, ünsiyyət fəsadı yaranır. Bu da münasibətin soyumasına səbəb olur, soyumalar boşanmaya gətirib çıxarır. Lakin bəzən uşaqlar başsız qalmasın deyə boşanmaq da istəmirlər. Bununla yanaşı, gedəcəkləri bir bucaq olmadığına görə iki yad insan kimi bir evdə yaşamağı seçirlər.
Ümumiyyətlə, insanlarda tək qalmaq qorxusu var. “Boşansam tək qalaram" düşüncəsi ilə yaşayırlar.
Hisslərlə yaşayan insanlar təsirə tez düşürlər. Bu fərdidir, kütləvi olduğunu deyə bilmərik. Hər kəsin xəyanət prosesinə, ailə münasibətlərinə yanaşması özünəməxsusidir".
G. Məmmədova qeyd edib ki, bəziləri evli kişilərin bəyəndiyi qadınla münasibətini normal sayır:
“Düzdür, qadınlar kişilərin xəyanətini bağışlayır. Kişilər isə qadının xəyanətini rəzillik sayırlar. Namusunun tapdalandığını deyirlər. Bunu düşünən kişi, bəs, sən başqasının namusunu niyə tapdalayırsan?!
Düşünmürəm ki, hər xəyanət boşanma ilə nəticələnsin. Elələri də var ki, ailəsini üstün tutur, səhvini anlayır, geri dönür”.
Nəzrin Vahid
Telegram kanalımız