Sentyabrın 7-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən 38 cinayətin və əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 156 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 118-i borclu şəxs qismində axtarışda olan şəxslərdir. pizza
Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.
Aytac Əliyeva
Telegram kanalımız