Bu qadınlara qarşı dəhşətli qadağa: Artıq adlarını belə çəkmək olmaz!

saytların hazırlanması

Evə çatdırılma

Bu qadınlara qarşı dəhşətli qadağa: Artıq adlarını belə çəkmək olmaz!

Dünya

28 Noyabr 2026 21:22 80


Əfqanıstanda “Taliban” rejimi qadınların adlarının rəsmi sənədlərdə qeyd olunmasını qadağan edib. Bu qərar qadınların şəxsiyyətinin və ictimai həyatda mövcudluğunun silinməsinə yönəlmiş növbəti addım kimi qiymətləndirilir.

“Yeni Sabah” xəbər verir ki, Britaniyanın “The Guardian” və Əfqanıstanın “Zan Times” nəşrlərinin araşdırmasına əsasən, ölkənin Bəlx əyalətində dövlət məmurlarına və xəstəxana işçilərinə qadınların əsl adlarını rəsmi qeydlərdə göstərməmək tapşırılıb.

Qadağa yalnız dövlət sənədləri ilə məhdudlaşmır. Həkim reseptlərində və xəstəlik tarixçələrində də qadınların adlarının yazılmasına icazə verilmir. Elektronika məhsulları

Rəsmi qurumlarda məmurlara qadınlara “bibi” (nənə) deyə müraciət etmək göstərişi verildiyi bildirilir. Bununla belə, bəzi hallarda qadınların “keçi” və “inək” kimi alçaldıcı ifadələrlə çağırıldığı qeyd olunur.

Qadın hüquqları müdafiəçiləri bu qərarı qadınları cəmiyyətdən tamamilə silmək siyasətinin tərkib hissəsi hesab edirlər. Əfqan fəal Lalə Osmani qadınlara heyvan adları ilə müraciət edilməsini “insanlıqdan kənarlaşdırma prosesi” adlandırıb.

ABŞ-də fəaliyyət göstərən “Femena” təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə qadağanın yaxın vaxtlarda ölkənin digər əyalətlərinə də yayıla biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2017-ci ildə Əfqanıstanda qadınların adlarının rəsmi sənədlərdə yer alması tələbi ilə “Adım haradadır?” kampaniyasına başlanılıb. Kampaniyanın nəticəsi olaraq 2020-ci ildə anaların adlarının uşaqların doğum haqqında şəhadətnamələrinə yazılmasına icazə verilib. Lakin “Taliban” hakimiyyətə gəldikdən sonra bu qayda ləğv edilib.

Nəticədə boşanan qadınlar rəsmi sənədlərdə adları göstərilmədiyi üçün öz övladlarının anası olduqlarını sübut etməkdə ciddi çətinliklərlə üzləşirlər.

Araşdırmada yer alan diqqətçəkən faktlardan biri isə Əfqanıstanda bir gəncin hekayəsidir. O, ailədə anasının əsl adı heç vaxt çəkilmədiyindən qadının adını ömrü boyu bilmədiyini, bunu yalnız anası vəfat etdikdən sonra öyrəndiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!