Zelenski mediaya məhdudiyyət qoydu

saytların hazırlanması

Evə çatdırılma

Zelenski mediaya məhdudiyyət qoydu

Dünya

28 Noyabr 2026 22:38 56


Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kritik infrastruktur obyektlərinə edilən hücumların nəticələri və həmin obyektlərin bərpa müddətləri barədə məlumatların mediada dərc olunmasının qadağan edilməsi ilə bağlı göstəriş verib.

“Yeni Sabah” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski noyabrın 28-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) müvafiq qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti kritik infrastruktur obyektlərinə dəymiş ziyan, onların bərpa müddətləri, eləcə də enerji və əhalinin həyat təminatı sahələrindəki obyektlərdə mühafizə qurğularının tikintisinin mərhələləri və gedişi barədə məlumatların mediada işıqlandırılmasının qadağan edilməsi üçün təcili tədbirlər görməlidir. Onlayn mağaza

Qeyd edək ki, qərar 2026/2027-ci illərin istilik mövsümündə kritik infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!