Netanyahu baş nazir postunu bu şəxsə verəcək

saytların hazırlanması

Evə çatdırılma

Netanyahu baş nazir postunu bu şəxsə verəcək

Dünya

28 Noyabr 2026 23:26 80


İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Netanyahu özü isə müddətin əvvəlində baş nazirin müavini vəzifəsini tutmağa hazır olduğunu bildirib. Online alış-veriş

Xatırladaq ki, oktyabrın 27-də İsraildə parlament seçkisi keçirilib. Seçkilərin nəticələrinə əsasən, Netanyahunun "Likud" partiyası 27 mandatla birinci, Ayzenkotun "Yaşar" partiyası isə 21 mandatla ikinci yeri tutub.

Noyabrın 8-də İsrail Prezidenti İsxak Hersoq Knessetdə (parlamentdə) təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə məsləhətləşmələrdən sonra yeni hökumətin formalaşdırılmasını Ayzenkota həvalə edib. Məsləhətləşmələrdə iştirak edən partiyaların əksəriyyəti "Yaşar" liderinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.

Bundan sonra Ayzenkotun 120 deputatdan ibarət Knessetdə deputatların əksəriyyətinin dəstəyini qazanaraq hakim koalisiya formalaşdırması üçün qanunla nəzərdə tutulan 28 günlük müddətin hesablanmasına başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!