Axtarışda olan 198 nəfər belə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Axtarışda olan 198 nəfər belə tutuldu

Kriminal

26 Sentyabr 2026 09:49 267


Sentyabrın 25-də Azərbaycanda polis əməkdaşları tərəfindən 38 cinayət hadisəsinin açılması təmin olunub.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, ötən dövrlərdən bağlı qalan daha 9 cinayət də açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 198 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 163 nəfər borclu şəxs qismində axtarışda olub. pizza mizza

Hesabat dövründə narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 11 fakt müəyyən edilib.

Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!