Müğənni-bəstəkar Murad Arif toy sektorunun dayanmasına sevinənləri sərt şəkildə tənqid edib.
Yenisabah.az xəbər verir ki, o, toyların təkcə müğənniləri yox, digər sahələrin insanlarını da dolandırdığını yazıb: "Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Bu sektor dükanları, gözəllik salonlarını, gül-dekor xidmətini, şirniyyatı, aşpazları, fotoqrafları, videoqrafları, xidmət sektorunu, təmir işçilərini, avtomobil icarəsi, dərziləri, geyim dükanları, ziynət əşyaları satanı, elektronika malları, ev kirayəsi, daşınmaz əmlak satışı da daxil olmaqla böyük bir ölkəni işlə təmin edən sistemdir. Hər müğənninin də 10-15 nəfər sənətçidən ibarət ansamblı olur. Müğənni sayəsində ölkədə bütün audio-video istehsalat işçiləri, lap elə media da dolanır. Xadiməsini, ofisiantını, taksisini demirəm...”
Müğənni bu xəbərə sevinənləri təhqir də edib: “Ay dərdə sevinən bədniyabət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!" pizza sifarişi
Telegram kanalımız