Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri finalda Tevfik Akkası (Türkiyə) məğlub edib. İnternetdən sifariş
Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib. O, bununla da Azərbaycan boksunda yeni tarix yazıb.
Millimizin heyətində gənclər arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19 yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb. Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc mükafatla başa vurublar.
Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.
Telegram kanalımız