Azərbaycan əhalisinə 3 günlük   XƏBƏRDARLIQ - Bu ərazilərdə...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əhalisinə 3 günlük XƏBƏRDARLIQ - Bu ərazilərdə...

Sosial

06 Noyabr 2026 15:53 308


Bakıda və bölgələrdə qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur. Sezar pizza

Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntı düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Qeyd olunub ki, yağıntılarla əlaqədar çaylarda sululuq artacaq. Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!