Millimiz noyabrın 13-16-da UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə, ardınca isə səfərdə Andorra ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
“Yeni Sabah” xəbər verir ki, heyətdə baş məşqçinin bəzi sürpriz dəyişikliklər edəcəyi gözlənilir.
Əsas yığmaya dəvət alacağı ehtimal olunan ən maraqlı namizədlərdən biri İtaliyanın "Sampdoriya" klubunun şərəfini qoruyan Lorenzo Mezzoterodur. U-21 millimizin 18 yaşlı hücumçusu İtaliya B Seriyasının X turunda "Virtus Entella" üzərində 2:0 hesablı qələbə qazandıqları matçda əsas komandadakı debüt qoluna imza ataraq mütəxəssislərin diqqətini çəkib. pizza sifarişi
Qarşılaşmanın 17-ci dəqiqəsində oyuna qoşulan və 42-ci dəqiqədə fərqlənərək komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilən gənc forvardın uşaqlıq illəri Azərbaycanda keçib. Vaxtilə "Qarabağ" və "Neftçi" klublarının akademiyalarında təlim-məşq keçmiş istedadlı futbolçunun İtaliyadakı bu yüksələn xətti onun milli komandaya qapılarını aça bilər.
Nazim Hacıyev
Telegram kanalımız