"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq".
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsində deyib.
O xatırladıb ki, bu gün yayılan məlumata görə, heyvanlar, yun, barama və s. uçota alınacaq: Dördpendirli pizza
"Hesab edirəm ki, ətin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun gəlməyən dərəcədə qalxacaq. Bizdə çörəklə ət çox əhəmiyyət kəsb edir, haradasa araq da əhəmiyyət kəsb edir. Amma bizdə çörəklə ət mühümdür. Ona görə də, çörək və ətin qiymətinin qalxması başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq. Bu baxımdan, xeyli ehtiyatlı olmaq, bəzi ölkələrin təcrübəsini öyrənmək lazımdır". (oxu.az)
Telegram kanalımız