2,2 milyonluq vaksin sifarişi alan şirkətin qanun pozuntusu

saytların hazırlanması

Evə çatdırılma

2,2 milyonluq vaksin sifarişi alan şirkətin qanun pozuntusu

İqtisadiyyat

06 Noyabr 2026 14:54 95


Səhiyyə Nazirliyinin qurumu tərəfindən uşaqlar üçün vaksinlərin satın alınması ilə bağlı işlər həyata keçirir. 

“Yeni Sabah” xəbər verir ki, “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi ilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında  ümumi maliyyə dəyəri 2 270 790,70 manat olan müqavilə imzalanıb. Layihənin predmeti “2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair uşaqlar üçün vaksinlər”in satın alınmasıdır. 

Qeyd edək ki, bir il əvvəl Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tənzimlənən qiymətdən baha dərman satıldığı üçün “Zeytun Pharmaceuticals” MMC barəsində protokol tərtib edib. Araşdırmalar zamanı şirkətin dərman preparatını Tarif Şurasının müəyyən etdiyi maksimal pərakəndə satış qiymətindən baha təklif etməklə qanunvericiliyi pozduğu müəyyənləşdirilib.  Dominos pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!