Uşaqlar həyətdə oynaya bilməyəcək? - Psixoloqdan valideynlərə mesaj

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar həyətdə oynaya bilməyəcək? - Psixoloqdan valideynlərə mesaj

Sosial

06 Noyabr 2026 15:34 219


Həyət və parklarda uşaqların səs-küyü bəzən qonşular arasında narazılığa və mübahisələrə səbəb olur. Bir tərəf uşaqların açıq havada oynamağını təbii hesab edir, digər tərəf isə yüksək səslərdən, qışqırıqdan və top oyunlarından narahat olduğunu bildirir. Xüsusilə çoxmənzilli binaların həyətlərində bu məsələ daha həssas xarakter alır.

“Yeni Sabah” mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovla müsahibəni təqdim edir:

- İnsanlar niyə uşaqların səs-küyündən bu qədər narahat olurlar? Dördpendirli pizza

- Böyüklər özlərinin də bir vaxtlar uşaq olduqlarını unudublar. Uşağın qaçması, qışqırması, gülməsi, top oynaması normal davranışdır. Uşaqdan böyüklər kimi sakit oturmağı gözləmək yanlışdır. Həyət və parklar kitabxana deyil. Səssiz uşaqdan narahat olmaq lazımdır, oynayan uşaqdan yox.

- Uşaqların səsinə dözə bilməmək stress və əsəblə bağlı ola bilərmi?

- Uşağın səsi insan üçün tətikləyici faktor ola bilər. Xroniki stress, yuxusuzluq, emosional gərginlik və səsə həssaslıq qıcıqlanmanı artırır. Ancaq insan öz emosional vəziyyətinə görə uşağı günahlandıra bilməz. Uşağın adi oyunu insanda aqressiya yaradırsa, problem uşağın səsində deyil, həmin reaksiyanın səbəblərindədir. Hər kəs öz emosional reaksiyasına görə məsuliyyət daşıyır.

- Bəzi insanlar niyə başqalarının uşaqlarına qarşı daha dözümsüz davranırlar?

- Çünki bəzən insanlar öz rahatlıqlarını başqalarının hüquqlarından üstün tuturlar. Öz uşaqlarının səs-küyünə normal yanaşır, başqasının uşağının eyni davranışına etiraz edirlər. Bu, ikili standartdır. Valideynlər də unutmamalıdırlar ki, dünya nə onların, nə də övladlarının ətrafında fırlanır. Özgə uşaq yoxdur. Hər bir uşaq eyni ictimai məkanlardan istifadə etmək hüququna malikdir.

- Qonşular uşaqların səsinə görə mübahisə edəndə necə davranmalıdırlar?

- Uşağın yanında mübahisə etmək, onu təhqir etmək və qorxutmaq yolverilməzdir. Narazılıq varsa, məsələ valideynlərlə sakit şəkildə müzakirə edilməlidir. Valideynlər də qonşuların istirahət hüququnu nəzərə almalıdırlar. Xüsusilə gecə saatlarında səs-küyə nəzarət edilməlidir. Amma gündüz saatlarında həyətdə oynayan uşağın səsini tamamilə kəsməyi tələb etmək absurddur. Böyüklər mübahisə etsə də, uşaqların səsi kəsilməyəcək. İnsanı təbiətindən ayırmaq olmaz.

- Valideynlər uşaqların oyununa nə vaxt müdaxilə etməlidirlər?

- Uşaq aqressiv davrananda, digər uşaqları vuranda, təhqir edəndə, onların oyuna qoşulmaq hüququnu məhdudlaşdıranda və təhlükəli hərəkətlər edəndə valideyn müdaxilə etməlidir. Uşağa sərhədləri, qaydaları və davranışının nəticələrini öyrətmək valideynin vəzifəsidir. Ancaq hər qışqırığa, qaçmağa və gülməyə müdaxilə etmək olmaz. Uşaq oyun zamanı sosial münasibətləri öyrənir. Ən vacibi isə valideyn öz davranışı ilə nümunə olmalıdır. Aqressiv valideynin sakit və nəzakətli uşaq tərbiyə etməsi çətindir. Uşaq valideynini nümunə götürür.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!