Milyonların yatırıldığı “Oriyad Balıq” ASC bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Milyonların yatırıldığı “Oriyad Balıq” ASC bağlanır

İqtisadiyyat

06 Noyabr 2026 14:26 94


Azərbaycanda fəaliyyət göstərən növbəti səhmdar cəmiyyəti ləğv olunması ilə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, “Oriyad Balıq” ASC (VÖEN: 6500024921) rəsmi olaraq ləğv olunduğunu elan edib. Şirkətin kreditorlarına müraciət ünvanlanıb. Bildirilir ki, kreditorlar iki ay ərzində öz tələblərini AZ4700, Neftçala rayonu, Boryad küçəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət təxminən 25 illik tarixə malikdir (2000-ci illərin əvvəllərindən, təxminən 2001-ci ildən etibarən fəaliyyət göstərir). Azərbaycanın uzunmüddətli balıqçılıq müəssisələrindən biri olub. pizza hut

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!