Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycan klubu Braziliyadan müdafiəçi gətirdi
13 Okt 2021 18:07
884

Azərbaycan klubu Braziliyadan müdafiəçi gətirdi

UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” heyətinə daha bir futzalçı cəlb edib.

Yenisabah.az xəbər verir ki, yayda iki braziliyalı oyunçu ilə güclənən son çempionun növbəti transferi də “sambaçı”dır.

Əsasən müdafiədə yer alan David Qustavonun son klubu vətənində “Campo Mourao” olub.

İyirmi beş yaşlı futzalçı artıq klubun heyətində qeydiyyata salınıb və o, Yüksək Liqanın oyunlarında da iştirak edə biləcək.

“Araz-Naxçıvan” iyulda da heyətinə iki braziliyalı legioner cəlb edib. Belə ki, 28 yaşlı Conatas Felipe və 24 yaşlı Emanoel Rodrigeslə mövsümün sonunadək müqavilə bağlanılıb.

Felipe Braziliyanın “Pato” klubundan transfer olunub. Rodriges isə həmyerlisindən fərqli olaraq, Avropada legioner həyatı yaşamağı bacarıb. O, Qazaxıstanın “Atırau” klubunda çıxış edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər