Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq

Sosial

03 Dekabr 2021 00:58 963


"Azərbaycanda ortaq universitet yaradılmasını planlaşdırırıq. Bu universitet Türkiyənin ən nüfuzlu universitetləri ilə əlaqədə olaraq inkişaf edəcək”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi İqtisadiyyat Forumunda (UEF Baku 2021) iştirak edən Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.

Erol Özvar Azərbaycanla ortaq universitetin yaradılması üzərində işə başladıqlarını bildirib. Toyuqlu pizza

"İki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq. Belə bir model, bəlkə də, dünyada var. Bu ali təhsil müəssisəsi yeni modellə həyata keçiriləcək”, - Özvar əlavə edib.

Ali Təhsil Şurasının sədri qeyd edib ki, universitetin yaradılması planı iki ölkənin dövlət başçılarının birgə müraciəti ilə həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!