16 Avqust - 10:39
Azərbaycan üzgüçüsü Avropa üçüncüsü oldu

Azərbaycan üzgüçüsü Avropa üçüncüsü oldu

İdman

06 İyul 2022 21:50 588


Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!