Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycana daha bir neçə qol vurmalı idik“ - Serbiyalı
13 Okt 2021 16:26
284

“Azərbaycana daha bir neçə qol vurmalı idik“ - Serbiyalı

Serbiya millisinin üzvü Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsində ötən gecə Azərbaycanla keçirilən oyun barədə fikirlərini bildirib.

Yenisabah.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Serbiya mətbuatına açıqlamasında deyib ki, yığmamıza daha çox qol vura bilərdilər:

“Azərbaycanla oyun seçmə mərhələdə qarşıya qoyduğumuz hədəfə doğru yeni bir addım atdıq. Çox vacib qələbə qazandıq. Birinci hissənin sonlarında vəziyyəti qəlizləşdirdiyimiz üçün bir az çətin oldu. Buraxılan qola qədər oyuna nəzarət etdik. Birinci hissədə daha bir neçə qol vurmalıydıq. Amma sakit qaldıq, hücumda aqressiv çıxış etdik. Ən başlıcası üç xal qazanmağımızdır. Portuqaliyaya özümüzə inamlı və rahat şəkildə gedəcəyik. Bu, bizim üçün final matçıdır”. 

Xatırladaq ki, Belqradda keçirilən görüş Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb./Qol.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər