Azərbaycanda 6 min mütəxəssis evlərə gələcək – YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 6 min mütəxəssis evlərə gələcək – YENİLİK

İqtisadiyyat

23 Noyabr 2026 15:26 74


“Yeni tələblərə uyğun olaraq ev təsərrüfatlarındakı məlumatların dəqiqləşdirilməsi və elektron sistemə qeyd edilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən statistik məlumatların toplanması prosesinə başlanacaq. Burada qeyd olunduğu kimi bir neçə qurum iştirak edəcək: Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı Nazirliyi, eyni zamanda Dövlət Statistika Komitəsinin əməkdaşları bu prosesə cəlb olunacaq. Verilən məlumatlara görə burada minlərlə, dəqiq desək 6000 mütəxəssisin iştirakı təmin olunmalıdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib. O bildirib ki, hər bir halda indiki elektron məlumatların mövcud olduğu dönəmdə, müasir dünyada ayrı-ayrı dövlətlərin təcrübəsində tətbiq olunan bu prosesin Azərbaycanda tətbiq olunması zərurəti yaranıb və dövlət bu istiqamətdə müvafiq addımlar atır:

“Təbii ki, bu bir ilkdir. Həm bunu təmin edən müvafiq qurumun əməkdaşları üçün, eyni zamanda cəmiyyətimiz, insanlarımız üçün, yəni o statistik məlumatların toplanacağı ev təsərrüfatının sahibləri üçün də bu bir ilkdir. Bunun təmin olunması üçün həmin o mütəxəssislərin məlumatlandırılması, təcrübə keçməsi, prosesin təmin olunması üçün onların bilgiləndirilməsinə ehtiyac var. İlkin mərhələdə bu proses həyata keçiriləcək. Eyni zamanda bizim özümüz üçün də bu bir ilkdir. Azərbaycan vətəndaşları olaraq hər bir insanın, ev təsərrüfatının məlumatlarının toplanması. Bu özünü hansı formada doğruldacaq və dövlətin bu proseslə bağlı qarşısına qoyduğu məqsədlərə çatılmasında hansı səviyyədə əhəmiyyətli rol oynayacaq, təbii ki, bunu zaman göstərəcək. Amma hər bir halda indiki elektron məlumatların mövcud olduğu dönəmdə, müasir dünyada ayrı-ayrı dövlətlərin təcrübəsində tətbiq olunan bu prosesin Azərbaycanda tətbiq olunması zərurəti yaranıb ki, dövlət bu istiqamətdə müvafiq addımlar atır. Bu, sadə bir proses deyil. Kifayət qədər resursların və mütəxəssislərin cəlb olunmasını tələb edən bu addım, müəyyən məqsədlər üçün həyata keçirilən bir prosesdir”. Məişət texnikası

X.Bəşirov vurğulayıb ki, vətəndaşların da bu istiqamətdə lazımi şəkildə məlumatlandırılması və bu prosesdə adekvat formada iştirakı vacib, əhəmiyyətli məsələdir:

“Hesab edirəm ki, burada müəyyən mənada hər bir halda zamana ehtiyac var. Həm bu prosesin reallaşdırılması baxımından, həm də eyni zamanda bu prosesin özünü doğruldub-doğrulmayacağı baxımından müəyyən zamana ehtiyac var. Hesab edirəm ki, ümumilikdə cəmiyyət də bu prosesdə hər bir halda iştirak etməli olacaq. Bu məlumatların toplanması və müvafiq prosesin elektron sistemə köçürülməsi baxımından cəmiyyətin də burda iştirakına, çünki bu cəmiyyətdə tətbiq olunacaq bir prosesdir, cəmiyyətin də burda iştirakına ehtiyac olacaq. Ona görə hər bir halda vətəndaşların da bu istiqamətdə lazımi şəkildə məlumatlandırılması və bu prosesdə adekvat formada iştirakı, düşünürəm ki, vacib, əhəmiyyətli məsələdir. İndi bu barədə məlumatların müvafiq saytlarda, daha doğrusu, media platformalarında yayılmasına da ehtiyac var ki, insanlar bununla bağlı məlumatlansınlar. Bu proses həqiqətən də ümumilikdə bütün ölkə üzrə həyata keçirilməlidir və hər bir insan, bu prosesdə iştirak edən insandan söhbət gedir ki, bu prosesə dəstək olmaq üçün lazımi addımları atmalıdır”.

Qeyd edək ki, Noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb. Təlimlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub. Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!