Yeni uçot qaydaları büdcə siyasətini dəyişəcək –  AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yeni uçot qaydaları büdcə siyasətini dəyişəcək – AÇIQLAMA

İqtisadiyyat

23 Noyabr 2026 15:31 50


“Ev təsərrüfatlarının uçotu üzrə yeni göstərişlərin əsas üstünlüyü hər yaşayış məntəqəsinin ehtiyacını daha dəqiq müəyyən etmək imkanıdır. Eyni rayonda bir kəndin əsas problemi suvarma, digərinin problemi isə yol və ya tibbi xidmətə çıxış ola bilər. Məsələn, rayon üzrə orta göstərici bu fərqi gizlədə bilər. Məlumat yaşayış məntəqəsi səviyyəsində təhlil ediləndə büdcə vəsaitinin hara və hansı ardıcıllıqla yönəldilməsi barədə əsaslı qərar vermək mümkün olur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, təsərrüfat üzvləri və müvəqqəti yaşayan şəxslərlə bağlı il ərzində baş verən dəyişikliklər elektron bazada qeyd olunacaq:

“Yeni qaydanın tətbiqindən sonra nələrin dəyişməsini müzakirə etsək, belə bir qənaətə gələ bilərik ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı 2027-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu qərara görə ev təsərrüfatlarının uçot kitabı, müvəqqəti yaşayan şəxslərin siyahısı və uçotun aparılmasına dair göstərişlər yeni redaksiyada təsdiqlənib. Hər il yanvarın 1-dən 30-dək, yəni 30 gün müddətində təsərrüfatları yerində sorğu ediləcək. Təsərrüfat üzvləri və müvəqqəti yaşayan şəxslərlə bağlı il ərzində baş verən dəyişikliklər elektron bazada qeyd olunacaq. Ölkənin 14 iqtisadi rayonunu əhatə edən qeyd-seçicidən təlimlərdə bu prosesi aparacaq mütəxəssislərə izah olunacaq ki, onlar yeni formaları necə dolduracaqlar, prosesi necə aparacaqlar, elektron və rəqəmsal sistemdən necə istifadə edəcəklər”. Online shopping Azərbaycan

V.Oruc əlavə edib ki, bu informasiyanın yığılması statistik əhəmiyyətə malikdir:

“Bu prosesin üstünlükləri nədir? İlk növbədə nəyə diqqət yetirmək lazımdır? Hər bir ailə sahibi, başçısı öz evindəki təsərrüfat alətləri ilə, iri və xırdabuynuzlu heyvan barədə, hər hansı bir inventar barədə, əsas istifadə elədiyi alətlər və vəsaitlər barədə məlumata malik olur. Nəzərə alsaq ki, dövlət böyük ailədir, dövlətdə də bu informasiyalar olmalıdır. Bu informasiyanın yığılması statistik əhəmiyyətə malikdir. Həm statistik təhlillər olacaq regionlar üzrə. Bu gələcəkdə hökumətin konkret hansı regionla bağlı hansı siyasəti yürütməyə ehtiyacı olduğu barədə qənaətə gəlməsinə dəstək olacaq, həm də eyni zamanda təhlillər aparacaq. Biz, xüsusilə qiymətləndiricilər bilirsiniz ki, müxtəlif qiymətləndirmə fəaliyyətlərini həyata keçirəndə böyük problemlərlə üzləşirik. O problemlər informasiya və statistik məlumatların qıtlığıdır. Dövlət Statistika Komitəsinin yeni qərarı ilə bu informasiyalar təbii ki, təhlil etmək üçün kifayət qədər imkan yaradacaq. Biz hər hansı bir istiqamətdə əhalinin mövcud durumunu, onun təsərrüfatını, bütün fəaliyyətini təhlil etməyə, bundan irəli gələn nüansları öz hesablamalarımızda nəzərə almaq imkanları əldə edəcəyik. Eyni zamanda dövlət özü dövlət ərazisində yaşayan vətəndaşların mövcud durumunu, onların ehtimal olunan gəlirləri, onların fəaliyyətləri, onların malik olduğu təsərrüfat nümunələri barədə kifayət qədər geniş və dəqiq informasiyaya malik olacaq. Bu, doğrudan da çox mütərəqqi bir hadisədir. Əksinə, bu informasiyaların olmamağı uçotun aparılmaması deməkdir. Uçot bütün maliyyə fəaliyyətində, təsərrüfat fəaliyyətində çox böyük əhəmiyyətə malikdir. Uçot olmadan həm həmin dövrə qədərki fəaliyyəti təhlil etmək olmur, həm də gələcək dövrün fəaliyyətini planlaşdırmaq çətinləşir. Ona görə də mövcud addımı ölkə təsərrüfatının uçota alınması kimi qəbul etmək lazımdır. Bu bizə imkan verəcək ki, dövlət investisiyalarını daha düzgün sıralayaq və istiqamətləndirək ki, hansı kənddə hansı obyekt yoxdur, fəaliyyət sahəsi, xidmət yoxdur və s.”

AQC sədri vurğulayıb ki, vətəndaşların müvəqqəti yaşaması və bu barədə informasiyanın verilməsi iki cür əhəmiyyət daşıyır:

“Bundan əlavə, regional əmlak bazarını təhlil etmək lazımdır. Uçotun əhatəliliyi, qeydlərin vaxtında yenilənməsi və məlumatın büdcə qərarına təsirini xüsusi qeyd etmək istərdim. Bu, ölkənin büdcə siyasətinin aparılması üçün əsas rol oynayacaq. Bir sözlə, bunu belə xarakterizə etmək olar: necə ki, biz əmlak reyestrinin formalaşmasını tələb edirik ki, ölkədə əmlakın kadastrı və reyestri aparılsın, kimin harada nəyə malik olduğunu bilək — bu, qiymətləndirmə üçün vacib elementdir. Təsərrüfat sahələri, ümumiyyətlə, bütün uçot subyektləri üzrə bilməliyik ki, bu prosesdə ölkədəki bütün təsərrüfat obyektləri uçota alınıb. Hər bir informasiya əlçatandır, statistik məlumatlar həqiqəti özündə əks etdirir. Vətəndaşların müvəqqəti yaşaması və bu barədə informasiyanın verilməsi isə iki cür əhəmiyyət daşıyır. Birincisi, ölkədə qayda-qanunun və asayişin qorunması baxımından böyük önəm kəsb edir. Bu, cinayətkarlığın azalmasına gətirib çıxaracaq və artıq harada qalmasından asılı olmayaraq, vətəndaşın yerləşməsi, mövcud ərazidə yaşaması müəyyən olunacaq. Digər tərəfdən, bu, ölkənin müdafiəsi və mühafizəsi üçün də ciddi əhəmiyyət daşıyacaq. Bu, olduqca vacib məsələdir. Başqa bir məsələ də vergidən yayınma hallarını aradan qaldıracaq. Artıq məlum olacaq ki, hansı vətəndaş hansı evdə kirayə qalır. Kirayə müqavilələrinin rəsmiləşməsində və hüquqiləşməsində bu qərar böyük rol oynayacaq. Ölkənin iqtisadiyyatında aktivliyin yaranmasına səbəb olacaq, asayişin və qayda-qanunun qorunmasında, uçot siyasətinin düzgün aparılmasında dəstək olacaq. Eyni zamanda, Dövlət Statistika Komitəsinin bundan sonrakı məlumatlarının tam həqiqəti əks etdirməsi üçün geniş baza rolunu oynayacaq”.

Xatırladaq ki, noyabrın 23-dən 26-dək ev təsərrüfatlarının uçotunun elektron qaydada təşkilinə hazırlıq çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 14 iqtisadi zona üzrə yaşayış məntəqələrində qeydiyyat aparacaq şəxslər üçün təlimlərə başlanılıb. Təlimlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri təlimçi qismində cəlb olunub. Təlimlərdə yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının nümayəndələri və ev təsərrüfatlarının uçotunu aparacaq şəxslər olmaqla, ümumilikdə, 6 mindən çox şəxs iştirak edəcək.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!