Azərbaycanda atılmış uşaqların 70 faizi qızlardır   - Kədərli statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda atılmış uşaqların 70 faizi qızlardır - Kədərli statistika

Sosial

27 Sentyabr 2021 15:10 1022


“Sığınacaqda olan uşaqların 70%-i qızlardır. Azərbaycan ailələrində mental olaraq qız uşaqlarına ikinci dərəcəli varlıq kimi baxırlar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə söyləyib. O, qızlarla bağlı problemin genofonda çox ciddi təsir edəcəyini bildirib:

“Sığınacaqda 30 uşaq varsa, onların 70% qızlardır. Bu problemin əsasında qızların atılmasından çox onlara olan biganə münasibət, qız uşağının mental olaraq ailədə rolunun aşağı səvyyədə olması dayanır. Dördpendirli pizza

Bu gün UZİ vasitəsi ilə uşağın cinsiyyətinin bilinməsi, qız olduqda abort etdirilməsi heç kimə sirr deyil. Çox insan bu düşüncə ilə yaşayır. Bu problem həllini tapmasa, bizim gələcək genofondumuza ciddi şəkildə ziyan vuracaq”.

Kəmalə Ağazadə qız övladı olan anaların sığınacağa daha çox müraciət etdiyini qeyd edib:

“İllər ərzində bizim sığınacağa əsasən qız övladı olan analar müraciət edib. İndi də bu hallar qeydə alınır.

Bu cür problemlərlə bağlı maariflənməyə ehtiyac var. Mən düşünürəm ki, ailələrlə iş aparmaq lazımdır. Hər kəs bilməlidir ki, dünyaya uşaq gətirən kişilər deyil, qadınlardır. Ailələr övladlarına ayrı-seçkilik etmədən dəyər verməlidirlər. Qadına dəyər verilməyən ailələrdə dünyaya göz açacaq və ya artıq təməli qoyulmuş qızların hamiləliyinin dayandırılması faktları da davam edəcək”.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!