Azərbaycanda bir ailənin 3 üzvü qazdan zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir ailənin 3 üzvü qazdan zəhərləndi

Sosial

17 Noyabr 2021 09:25 685


Goranboyda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Yenisabah.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Qarasüleymanlı kəndində baş verib.

Belə ki ata, ana və övladı - 1994-cü il təvəllüdlü Nurcan Çapay qızı Yəhyayeva, 1989-cü il təvəllüdlü Misir Bəhruz oğlu Yəhyayev və 2014-cü il təvəllüdlü Elcan Misir oğlu Yəhyayev kənddə yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıb. Pepperoni pizza

Qeyd edək ki, təxminən eyni saatlarda rayonun daha bir kəndində oxşar hadisə baş verib. 1990-cü il təvəllüdlü Qarbucaq kənd sakini İbrahimova Lamiyə Şamil qızı da dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!