Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Ələddin Quliyev küçəsində baş verib.
1957-ci il təvəllüdlü X.Əliyev, 1985-ci il təvəllüdlü E.Əliyeva və 2008-ci il təvəllüdlü X.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər. pizza
Telegram kanalımız