Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Sosial

24 Noyabr 2021 17:47 644


Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib. pizza hut

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!