Azərbaycanda bir gündə böyük əməliyyat: 133 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir gündə böyük əməliyyat: 133 nəfər saxlanıldı

Kriminal

01 Sentyabr 2026 10:13 82


Avqustun 31-də Azərbaycanda 46 cinayət qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin də açılması təmin olunub. Marqarita pizza

Axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!