Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi -  SƏBƏB
28 May 2020 12:01
932

Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi - SƏBƏB

Goranboyda xəstəxanaya hücum edən bir qrup şəxs binanın şüşələrini sındırıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında bir nəfər kişi it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onun yanında olan yaxınları travmatologiya şöbəsinə daxil olaraq, tibb işçilərini təhqir ediblər və şöbədə şüşələri sındırıblar.

Fakt araşdırılır.

Oxşar xəbərlər