Azərbaycanda bu qadağa ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu qadağa ləğv olunur

Sosial

09 Dekabr 2021 15:16 1034


Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib. 

Səhiyyə Nazirliyindən Yenisabah.az-a bildirilib ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.

Qeyd edək ki, bundan öncə Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin təsdiq edilməsi barədə” qərarında dəyişmə otaqlarından istifadə qadağan idi.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!