Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər bütün avtobuslardan pulsuz istifadə edə bilər - RƏSMİ

Sosial

10 Aprel 2024 09:59 32820


Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub. 

BAKU.WS xəbər verir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.

Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik. pizza hut

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:

"Bununla yanaşı, yaşayış ünvanının 100 metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.

Eyni zamanda, "Hərbi qulluqçuların statusu haqqında Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqala) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, "Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azər
    Ümumiyyətlə tək Bakıda deyil, digər şəhərlərdə pulsuz ictimai nəqliyyatdan istifadə olunsun necəki Baltikyanıölkələr də olduğu kimi Zənnimizcə xalqda razı qalar
    2 years ago
  • Samirə
    Ailələr vardır ki hər gün avtobusla məktəbə 2 ,3 uşaq aparır Bu məktəbə 2 dəfə gedib gəlmək deməkdir Təxminən bir günə 4 manata başa gəlir Mən təklif edərdim ki gediş haqqı endirilsin!????
    2 years ago
  • Samirə
    Ailələr vardır ki hər gün avtobusla məktəbə 2 ,3 uşaq aparır Bu məktəbə 2 dəfə gedib gəlmək deməkdir Təxminən bir günə 4 manata başa gəlir Mən təklif edərdim ki gediş haqqı endirilsin!????
    2 years ago
  • Samirə
    Ailələr vardır ki hər gün avtobusla məktəbə 2 ,3 uşaq aparır Bu məktəbə 2 dəfə gedib gəlmək deməkdir Təxminən bir günə 4 manata başa gəlir Mən təklif edərdim ki gediş haqqı endirilsin!????
    2 years ago
  • XATİRƏ
    Ümumiyyətlə fiziki qüsurlu insanlar üçün nəqliyyat pulsuz olsa daha yaxşı olardı. Mən 2 ci qrup əliləm.heç bir güzəşt yoxdur
    2 years ago
  • İradə
    Ümumiyyətlə gediş haqqını azalması daha yaxşı olardı maaşlar artırılıb amma artmır yerindədə qalıb CƏNAB PREZİDENT İLHAM ƏLİYEV VERDİYİ QƏRARA ƏSASƏN MAAŞ YÜKSƏLİŞİ HƏMİN AYDAN YÜKSƏLSƏ Azərbaycan milləti çox gözəl yaşayar
    2 years ago
  • Tahira Hajibayli
    Mən təklif edirəm ki, iş yerlərinin ətrafında da parkıanma işçilər üçün pulsuz olsun. 8 iş saatı üçün hər gün 5-8 azn ödəmək heç də az deyil(
    2 years ago
  • Rustem Omerov
    Mən də öz növbəmdə təklif edərdim ki, Qazi və Şəhid ailələrinə sərnişin nəqliyyatinda (şəhərlər arası nəqliyyatdan başqa)gediş haqqı kartı limitsiz olsun. Bayram günlərində isə bütün xalqımıza təmənnasız xidmət göstərilsin.
    2 years ago